Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
167 milyon illik dinozavr qalığı tapıldı

0

  • Hindistan Rurkee Texnologiya İnstitutu və Geoloji Xidmətinin alimləri ölkənin qərbində 167 milyon il yaşamış ot yeyən dinozavrların qalıqlarını aşkar ediblər.Lent.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Press Trust of India” agentliyi məlumat yayıb.Racastan ştatının Caysalmer şəhəri yaxınlığındakı Thar səhrasında dörd ildən artıqdır ki, qazıntılar aparılır. Tapılan fosillər dikreozavr dinozavrına aiddir. Paleontoloqlar qədim heyvanın onurğasının bir hissəsini, boyun və gövdə sümüklərini, quyruq və qabırğalarını çıxara biliblər.Hindistan alimləri iddia edirlər ki, söhbət dikreozavrların yeni növünün kəşfindən gedir. Onlar ona qazıntıların aparıldığı Thar səhrasının və kəşf yerinin adına görə "Tharosaurus indicus" adını veriblər.Mənbə: lent.az 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməCəmiyyət
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi9 ay öncə
    İzlənib41 dəfə
    167 milyon illik dinozavr qalığı tapıldı

    Maraqlı gələ bilər
    39